Xəbərlər

Buzadırmanma üzrə Azərbaycan çempionatının final mərhələsinin keçirilmə vaxtı dəyişdirilib
24 yanvar, 2013 22:02

 

Yanvarın 26-27-də Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilməsi nəzərdə tutulan buzadırmanma üzrə açıq Respublika çempionatının final mərhələsi yarışlarının vaxtı ölkə ərazisində mülayim hava şəraiti ilə əlaqədar dəyişdirilib.

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə qərar federasiyanın təşkilat komitəsinin növbədənkənar iclasında verilib. Buna səbəb yüksək dağlıq yerlərdə, o cümlədən yarışların keçiriləcəyi Ləzə kəndi ərazisində qar-buz təbəqəsinin əriməsi, onların dayanıqlığının azalması olub.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun verdiyi məlumata görə, 25-27 yanvar tarixlərində Qusar rayonunun Ləzə kəndində havanın temperaturunun orta hesabla müsbət 3-5 dərəcəyədək yüksələcəyi gözlənilir.

FAIREX-in təşkilat komitəsinin yığıncağında aparılan müzakirələr zamanı çempionatın keçiriləcəyi Ləzə kəndi ərazisindəki donmuş şəlalələrin gözlənilən hava şəraitində əriməsi prosesinin başlamasının labüdlüyü nəzərə alınaraq, yarışların federasiyasının "ClimBaku" dırmanma mərkəzinin süni divarlarında təşkil olunması barədə təkliflər irəli sürülüb. Lakin sinoptiklərdən növbəti həftənin sonunda havaların soyuyacağı və yarışın keçirilməsi üçün əlverişli şaxtalı hava şəraitinin müşahidə olunacağı barədə alınan məlumata əsasən buzadırmanma üzrə açıq Respublika çempionatının final mərhələsinin 2-3 fevral tarixlərində əvvəlki ərazidə, Qusarın Ləzə kəndindəki donmuş şəlalələrdə keçirilməsi qərara alınıb.

Xatırladaq ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının Azərbaycan Gənclər və İdman Nazirliyi ilə birgə keçirdiyi buzadırmanma üzrə açıq Respublika çempionatının I mərhələsi 18-19 yanvar 2013-cü il tarixlərində Qusar rayonunun Ləzə kəndi ərazisindəki donmuş şəlalələrdə keçirilib

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.