Xəbərlər

Azərbaycan Diplomatik Akademiyası Latın Amerikası universitetləri ilə əməkdaşlığı genişləndirəcək
23 yanvar, 2013 22:54

Azərbaycan Diplomatik Akademiyasında (ADA) akademiyanın rektoru, xarici işlər nazirinin müavini səfir Hafiz Paşayevin Uruqvay Respublikası Prezidentinin xüsusi müşaviri, Prezident Administrasiyasının dövlət katibi Diyeqo Kanepa ilə görüşü keçirilib.

ADA-dan verilən məlumata görə, söhbət zamanı Diyeqo Kanepa Azərbaycana səfərindən və burada izlədiyi yüksək inkişafdan məmnunluğunu ifadə edib. Onun sözlərinə görə, Azərbaycan Diplomatik Akademiyası bir təsisat kimi bu surətli və uğurlu inkişafın nümunəsidir. Kanepa ölkəmizə səfəri zamanı Azərbaycan və Cənubi Qafqaz bölgəsinə dair bir çox yeni məlumatlar öyrəndiyini, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə daha yaxından tanış olduğunu qeyd edib.

Uruqvay nümayəndəsi Azərbaycan diplomatlarının olduqca mürəkkəb bir bölgədə yerləşən ölkəni təmsil etdiklərinə görə peşəkar və məharətli olduğunu deyib.

Tərəflər ADA və Latın Amerikası universitetləri arasında əməkdaşlığın və akademik mübadilə proqramlarının artırırlması barədə də fikir mübadiləsi aparıblar. Rektor Hafiz Paşayev akademiyada Beynəlxalq Təqaüd Proqramı üzrə Latın Amerikası ölkələrindən də tələbələrin təhsil aldığını diqqətə çatdırıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.