Xəbərlər

Bakcell "Hackathon Azerbaijan" ilə əməkdaşlığa başladı
23 yanvar, 2013 22:41

 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti "Hackathon Azerbaijan" layihəsi ilə əməkdaşlığa başladığını elan edir.

Şirkətdən verilən məlumata görə, "Bakcell" layihə çərçivəsində keçirilən və bu ilin 21 yanvar-10 mart tarixlərini əhatə edən "Win Phone 2" müsabiqəsinin baş sponsorudur. "Bakcell" bununla Azərbaycanda gənc proqram tərtibatçılarının inkişafına dəstək göstərmək niyyətindədir. Müsabiqəyə təqdim olunacaq mobil tətbiqetmələr "Windows 8" platformasında hazırlanmalıdır.

Müsabiqədə iştirak etmək üçün 21-31 yanvar tarixləri arasında www.hackathonazerbaijan.org saytında qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçən şəxslərin iştirakı müvafiq seçim əsasında müəyyənləşəcək.

Fevralın 3-də isə müsabiqədə iştirak hüququ qazananlar üçün ilk təlim təşkil ediləcək. Qaliblər qiymətli hədiyyələrlə təltif olunacaq.

"Bakcell"in baş sponsorluğu, "Microsoft Azerbaijan", "Nokia" və "Mobitel"in sponsorluğu ilə keçirilən müsabiqənin təşkilatçısı "İlk Addımlar" elektron tədris layihəsidir.

Qeyd edək ki, bu, "Bakcell"in baş sponsoru olduğu ikinci belə layihədir. Şirkət, eyni zamanda, mobil tətbiqetmələrin inkişafına yönələn daha bir layihəni - "Mobile Monday" layihəsinin tərəfdaşıdır.

"Hackathon" haker neologiyası - yəni proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Onun əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hakerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlaması və yeni biliklər qazanmasıdır

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.