Xəbərlər

Bakıda MDB ölkələri ilə iş üzrə Çexiya Ticarət Palatası açılacaq
23 yanvar, 2013 22:38

 

İqtisadiyyatın liberallaşdırılması Azərbaycanda mühüm prosesdir. bu barədə çərşənbə günü Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) "Xəzər-Avropa dialoqu" mövzusunda iclasında bildirib. İclasda Avropa İttifaqı və Xəzər-Qara dəniz regionu ölkələrinin Azərbaycandakı səfirləri də iştirak edib.

"Bu, biznesdə vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi baxımından vacibdir", - Kobia deyib.

O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar prosesində yaxın gələcəkdə müsbət nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.

Kobia Azərbaycan və Avropa arasında energetika sahəsində əməkdaşlıqla yanaşı, qeyri-neft sektorunda da əməkdaşlığın vacibliyini qeyd edib.

İclasda digər Avropa ölkələrinin Azərbaycandakı səfirləri də çıxış ediblər. Onlar Avropa ölkələrinin Azərbaycanla təkcə energetika sahəsində deyil, habelə iqtisadiyyatın başqa sahələrində də əməkdaşlığının inkişaf istiqamətini qeyd ediblər.

Çexiyanın Azərbaycandakı səfiri Radek Matulanın qeyd etdiyi kimi, 2013-cü ilin birinci yarısında Bakıda MDB ölkələri ilə iş üzrə Çexiya Ticarət Palatası açılacaq.

"Bu, mühüm əhəmiyyət kəsb edir, Azərbaycan və Çexiya arasında, eləcə də MDB-nin digər ölkələri ilə əməkdaşlığı daha da genişləndirməyə imkan verəcək", - səfir bildirib.

Səfirin sözlərinə görə, Azərbaycanla Çexiya arasında iqtisadiyyat sahəsində əməkdaşlıq yaxşı inkişaf edir. 2012-ci ilin yekunları üzrə iki ölkə arasında mal dövriyyəsinin 1,4 milyard avro səviyyəsində olacağı gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.