Azərbaycanın peyki kosmodromda startöncəsi sınaqdan keçir
23 yanvar, 2013 22:17
Azərbaycanın "Azerspace/Africasat-1" telekommunikasiya peyki iki peykin birlikdə orbitə buraxılması üzrə "Arianespace" proqramına dair hazırlıq missiyası çərçivəsində Fransa Qvianasında startöncəsi sınaqdan keçir. bu barədə çərşənbə günü "Arianespace"in yaydığı məlumatda deyilir.
Peyk xüsusi konteynerdən çıxarılıb və kommersiya yüklərinin işlənməsi üçün təyin edilmiş S5 hazırlıq meydançasına gətirilib. Peyk burada yanacaq ilə doldurulacaq.
Peykin kosmodromdan buraxılışı fevralın 7-nə təyin edilib.
"Arianespace"in məlumatına görə, "Ariane 5 ECA" rakerdaşıyıcısı, həmçinin İspaniyanın "Amazonas-3" rabitə peykini orbitə çıxaracaq.