Çempionlar Liqasının qalibi olacağı təqdirdə "Real"ın hər futbolçusu 500 min avro alacaq
23 yanvar, 2013 21:59
İspaniyanın "Real" (Madrid) komandasının prezidenti Florentino Peres klubun Çempionlar Liqasında (ÇL) qalib olacağı təqdirdə futbolçuların alacağı mükafatların məbləğini açıqlayıb.
xarici KİV-ə istinadən verdiyi məlumata görə, klub ÇL-in qalibi olarsa, meydançaya azı bir dəfə çıxan futbolçu da daxil olmaqla, klubun oyunçularının hər biri 500 min avro alacaq.
Qeyd edək ki, ötən mövsüm ÇL-də qalibiyyət "Real"ın oyunçularının hər birinə 300 min avro qazandıra bilərdi.