Xəbərlər

Azərbaycan alternativ enerji mənbələrinin gücünü 2 min meqavata çatdıracaq
23 yanvar, 2013 21:49

 

İlkin hesablamalara görə, Azərbaycanda enerji istehsalında alternativ və bərpa edilən enerji mənbələrinin payının 20 faizə çatdırılması üçün tələb olunan vəsaitin ümumi həcmi 7 milyard manata yaxındır.  bu barədə çərşənbə günü jurnalistlərə Sənaye və Energetika Nazirliyinin İnvestisiyalar şöbəsinin rəhbəri, INOGATE proqramının milli əlaqələndiricisi Ramiz Rzayev deyib.
Onun sözlərinə görə, planlara uyğun olaraq 2020-ci ilədək alternativ enerji mənbələrinin generasiyasının gücü iki min meqavata çatdırılacaq.
"İnvestorlar üçün lazımi şəraitin yaradılması məqsədilə zəruri normativ-hüquqi bazanın formalaşdırılması üzrə işlər aparılır. Habelə "Alternativ enerji haqqında" və "Enerji effektivliyi haqqında" qanun layihələri hazırlanıb və 40-a qədər ikinci dərəcəli normativ akta baxılıb. Bütün bu işlər investorlar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur", - Rzayev bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə alternativ enerjinin inkişafı üzrə bütün lazımi işlər görülür, bu sahədə müxtəlif layihələr reallaşdırılır. O cümlədən, alternativ enerjinin inkişafına ölkənin dövlət büdcəsindən son dörd il ərzində 100 milyon dollara qədər vəsait ayrılıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.