Xəbərlər

SAM Çində daha bir “beyin mərkəzi” ilə memorandum imzalayıb
23 yanvar, 2013 21:41

 

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyətinin Çinə səfərinin ikinci günü SAM-la Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutu arasında qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında memorandum imzalanıb.
SAM-ın mətbuat xidmətindən  verilən məlumata görə, institut rəhbərliyi ilə görüş zamanı SAM-ın direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan burada postsovet məkanı kontekstində öyrənilir, lakin artıq Çində Cənubi Qafqaz və Azərbaycan üzrə mütəxəssislərin yetişdirilməsi vaxtı çatıb.
Azərbaycanın iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, Azərbaycan-Çin əlaqələrinin genişlənmə imkanları Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Tədqiqat İnstitutu mütəxəssislərinin marağını xüsusilə cəlb edib. Çin institutu direktorunun müavinləri Sun Li və Li Jinfenq 2013-cü ilin iyun ayında Azərbaycana səfər etmək istədiklərini bildiriblər.
Qeyd edək ki, iki "beyin mərkəzi" bir neçə birgə tədqiqat layihələri həyata keçirir. İmzalama mərasimində Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.
Günün ikinci yarısında Azərbaycan nümayəndə heyətini və Azərbaycanın Çindəki səfirini ÇXR DİN-in Avropa və Mərkəzi Asiya ilə əlaqələr şöbəsinin müdiri Janq Xanxueylə görüşüb. Görüş zamanı Azərbaycan-Çin ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, hər iki ölkənin mütəxəssislərinin araşdırması üçün mövzular müəyyən edilib.
Bununla da Azərbaycan nümayəndə heyətinin ÇXR-ə səfəri başa çatıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.