Xəbərlər

Gənc azərbaycanlı mütəxəssislər beynəlxalq sertifikatlar alıblar
23 yanvar, 2013 21:33

 

Beynəlxalq Gimnastika Federasiyaları Akademiyasının (FIG) Bakıda məşqçilər üçün keçirdiyi birinci səviyyəli kursların iştirakçılarının hamısı 1-ci dərəcəli kateqoriya sertifikatları alıblar.
Ən yüksək nəticəni milli komandanın məşqçilərindən biri Yasena Kyumciyeva göstərib.bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildirilib.
Onun aktivində nəzəri və praktiki imtahanların yekunları üzrə 87 faiz var. İkinci göstərici (81 faiz) Bakıda komanda bazasında yığmanın əsas məşqçisinin köməkçisi Yevgeniya Jıdkovaya məxsusdur. Habelə milli kollektivin bolqar məşqçisinin köməkçisi olan Fatma Şəfizadə və "Neftçi"də və Kürdəmirdə bədii gimnastika seksiyasında işi koordinasiya edən Elnarə Huseynova (80 faiz) üçüncü yeri bölüşdürüblər.
Seminarın digər 12 məşqçi iştirakçısı - Vəfa Hüseynova (yığmanın məşqçisi), Jalya Qaratova, Mədinə Həsənova (hər ikisi yığmanın bazasında), Alla Vlasova ("Neftçi", "Sərhədçi"), Svetlana Babasiyeva (Sumqayıt), İrina Əbdürrəhmanova (Xırdalan), Sevil Məmmədova ("Bakı"), Səbinə Cəlilova (Pespublika Kompleks İdman Məktəbi), Nurcahan Əsgərova ("Neftçi"), Aleksandra Reyş ("Sərhədçi"), Sultanə İbrahimzadə ("Bakı" və İsmayıllı seksiyası) və Tərlanə Əliyeva (Bakı Gimnastika Məktəbi) lazım olan 65 faizdən yuxarı toplayıblar.
"Əgər bal cədvəlinə nəzər salsaq, azərbaycanlı məşqçilərin liderlik etdikləri aydın olur", - kursların rəhbəri, FİG-in kanadalı eksperti Nota Klentru seminara yekun vuraraq deyib.
Onun sözlərinə görə, məşqçilərin orta yaşı 20-24 yaş arasıdır. Yəni kursların məqsədinə nail olunub. Onlar ilk növbədə az təcrübəyə malik mütəxəssislərə, bu gün tamamilə məşqçi fəaliyyəti ilə məşğul olmaq istəyən dünənki gimnastlara yönəlmişdi.
Kanadanın nümayəndəsi habelə həftəlik kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib. O, gələn il Akademiyada həmkarları olan Nadya Aleksandrova (Böyük Britaniya) və Helena Diaşın (Portuqaliya) Bakıda artıq "Level 2" seriyasında növbəti seminar keçirəcəklərini istisna etməyib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.