Xəbərlər

Bu günün hava proqnozu
21 yanvar, 2013 00:24

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı, yanvarın 20-dən 21-nə keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı var. 
Temperatur gecə 1-4, günün birinci yarısında 7-11 dərəcə isti olacaq.
Bakıda gecə 2-4, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-90 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 5-10, dağlıq ərazilərdə 14-19 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperaturun gecə 4-9 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperaturun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı-yerlərdə duman olacaq.
Temperatur gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 1-4, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. 

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.