Azərbaycan və BP şirkəti "Azəri-Çıraq-Günəşli"də görülməsi nəzərdə tutulan işləri müzakirə ediblər
21 yanvar, 2013 23:12
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel və xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədovu qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkəmizlə BP şirkəti arasında qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən söz açılıb, Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində, o cümlədən "Azəri-Çıraq-Günəşli" yataqlarında BP şirkətinin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb.