Xəbərlər

“ASAN xidmət” fəaliyyətə başladığı ilk həftədə 950-yə yaxın şəxsə xidmət göstərib
21 yanvar, 2013 22:52

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 saylı "ASAN xidmət" mərkəzi fəaliyyət göstərdiyi ilk 5 iş gününə (15-19 yanvar) dair statistik məlumatları açıqlayıb.
Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 1 saylı "ASAN xidmət" mərkəzinə ilk iş həftəsində müraciət edənlərin ümumi sayı 1582 nəfər olub. Onlardan 939 nəfərə xidmət göstərilib.
Müraciətlərin əksəriyyəti şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, eləcə də sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı olub.
"ASAN xidmət"ə aid olmayan məsələlərə dair 466 müraciət digər dövlət orqanlarına yönləndirilib. Qeydiyyatdan keçmiş vətəndaşlardan 54-ü xidmətə yaxınlaşmayıb, 123 nəfərə isə müxtəlif məsləhətlər verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 1 saylı "ASAN xidmət" mərkəzi vətəndaşlara 15 yanvar 2013-cü il tarixindən etibarən xidmət göstərməyə başlayıb. Mərkəzdə hələlik yalnız Bakının Nəsimi və Nərimanov rayon sakinlərinə xidmət göstərilir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.