Azərbaycan nümayəndə heyətinin sədri AŞPA-nın vitse-prezidenti seçilib
21 yanvar, 2013 22:45
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun vitse-prezidenti seçilib.
AŞPA-nın reqlamentinə uyğun olaraq, bu barədə AŞPA sədri Jan-Klod Minyon qurumun bu gün öz işinə başlayan plenar sessiyasında bəyan edib.