Jan-Klod Minyon yenidən AŞ PA sədri seçilib
21 yanvar, 2013 22:34
Jan-Klod Minyon Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) bazar ertəsi öz işinə başlayan plenar iclasında yenidən qurumun sədri seçilib.
o, növbəti bir il ərzində AŞ PA-ya sədrlik edəcək.
Qeyd edək ki, AŞ PA sədrliyinə digər namizədlər olmadığına görə, Minyonun seçilməsi formal xarakter daşıyıb.