Azərbaycan qazının Rusiyaya nəqli bərpa edilib
21 yanvar, 2013 22:29
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz nəqlini bərpa edib. Bu barədə bazar ertəsi ARDNŞ-dəki mənbə bildirib.
Cünə günü Azərbaycan Rusiyanın "Qazprom" şirkətinə qazın satışını üç sutka müddətinə dayandırmışdı. Bu, Mozdok-Qazıməmməd qaz kəmərində plandankənar təmir işləri ilə əlaqədar idi.
"Nəzərdə tutulmuş işlər başa çatıb və Mozdok-Qazıməmməd qaz kəməri ilə Rusiyaya qaz satışı bərpa edilib", - neft şirkətindən bildirilib.
Azərbaycan qazının Rusiyaya nəqlinə 2010-cu il yanvarın 1-dən başlanılıb.