Xəbərlər

Azərbaycanın dövlət orqanlarının təqdim etdiyi elektron xidmətlər qiymətləndiriləcək
21 yanvar, 2013 22:26

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən "Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" qəbul olunub.
 
Dövlət Agentliyindən daxil olan məlumata görə, Qaydalar dövlət orqanları tərəfindən həyata keçirilən elektron xidmətlərin keyfiyyətinin (göstərilmə səviyyəsinin) təyin edilməsi məqsədi daşıyır və bu sahədə qabaqcıl təcrübə nəzərə alınmaqla hazırlanıb.
 
Dövlət Agentliyi pilot layihə çərçivəsində, Qaydalara əsasən Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən göstərilən elektron xidmətlərin qiymətləndirilməsini həyata keçirəcək.
 
Pilot layihə bitdikdən sonra Dövlət Agentliyi qeyd olunan Qaydalara əsasən elektron xidmətlərin qiymətləndirilməsi üzrə davamlı iş aparacaq və bu barədə ictimaiyyətə müntəzəm olaraq məlumat verəcək.
 
"Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "İnformasiya-kommunikasiya ili" elan edilmiş 2013-cü il çərçivəsində müvafiq tədbirlərin tərkib hissəsi kimi həyata keçiriləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.