Xəbərlər

Azərbaycanın Rabitə Nazirliyi 2013-cü il üzrə planını açıqlayıb
21 yanvar, 2013 21:35

 

Azərbaycanda "İKT ili" elan edilən 2013-cü il ilk "Azerspace" telekommunikasiya peykinin buraxılışı ilə əlamətdardır. bu barədə bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, peyk artıq Kuru kosmodromuna çatdırılıb, onun buraxılışı isə fevralın 7-nə planlaşdırılıb.
Bu il start götürəcək və üçillik dövrü əhatə edəcək ikinci əsas plan Azərbaycan Respublikası Dövlət Neft Fondunun maliyyələşdirəcəyi genişzolaqlı internetin inkişafı layihəsi olacaq. Layihənin əsas hədəfi genişzolaqlı qoşulmalar üzrə göstəricilərin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılmasıdır.
Habelə 2013-cü il rəqəmsal yayım formatına keçidlə də yadda qalır. Nazirin sözlərinə görə, ilin sonunadək analoq yayım dayandırılacaq.
Abbasovun dediyi kimi, nazirliyin planlarına "tək pəncərə" prinsipi üzrə elektron hökumət portalının işinin təmin edilməsi daxildir. "ASAN xidmət" mərkəzi ilə birlikdə vətəndaşlara göstərilən xidmətlər daha da genişləndiriləcək.
Abbasovun sözlərinə görə, habelə 2012-ci ildə regional innovasiya zonaları və parklarının yaradılmasına dair qəbul edilmiş qərarlar 2013-cü ildə də inkişaf etdiriləcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.