Xəbərlər

Ukraynanın “Kiyevskiy Teleqraf” qəzeti 20 Yanvar hadisələri barədə məqalə dərc edib
20 yanvar, 2013 23:13

 

Ukraynanın tanınmış qəzetlərindən olan "Kiyevskiy Teleqraf" 20 Yanvar hadisələrinin xronikası və təhlilini verən "Есть преступление - нет наказания" başlıqlı məqalə dərc edib.
Azərbaycanın Ukraynadakı səfirliyindən qanlı faciəni əks etdirən çoxlu fotoşəkillərlə müşayiət olunan məqalənin müəllifi Kiyev Milli Aviasiya Universitetinin professoru, siyasi elmlər doktoru Arif Quliyevdir.
Məqalədə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində yaranmağa başlamış ilk xalq həyəcanlarından 20 yanvaradək gələn yol və həmin dövrdə Mixail Qorbaçov başda olmaqla Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqına divan tutmaq, onun gözünü qorxudaraq azadlıq ruhunu qırmaq niyyətləri geniş əks etdirilir. Yazıda həmin dövrdə SSRİ mətbuatının, dünyanın bir sıra ölkələrinin Azərbaycan xalqının başına gətirilən bu fəlakətə biganə qalması, lazımınca təpki göstərməməsi şərh edilir və yalnız ulu öndər Heydər Əliyevin Moskvada Azərbaycan nümayəndəliyində kommunist rejiminin bu qanlı aktını qətiyyətlə ifşa etdiyi vurğulanır. Sonrakı illərdə də məhz Heydər Əliyevin təşəbbüsü ilə bu hadisələrə siyasi-hüquqi qiymət verildiyi məqalədə öz əksini tapır.
Məqalə müəllifi eyni zamanda özünün şahidi olduğu hadisələri təsvir edir və təhlillərini verməklə də bu cəzasız qalmış cinayətin bütün anatomiyasını Ukrayna oxucularına çatdırır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.