London təyyarələri qəbul edə bilmir
20 yanvar, 2013 23:09
«Hitrou» aeroportunda 250 reys ləğv edilib.
Londonda güclü qar yağması səbəbindən «Hitrou» aeroportunda 250 aviareys ləğv olunub.
Londonun cənubunda yerləşən şəhər aeroportu pis görüntü və qar yağması səbəbilə müvəqqəti olaraq bağlanıb.
İngiltərənin bir sıra yaşayış məntəqələrində 8 sm qalınlıqda qar yağıb. Bu gün ölkənin cənub-şərqində və Uelsin şimalında da güclü qar yağıntısı gözlənilir.
Pis hava şəraiti dəmiryollarını da iflic edib. Londondan Fransaya istiqamətlənən 2 «Avrostar» və Belçikaya gedəsi iki qatar reysi ləğv edilib.