Xəbərlər

Obama ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başladı
20 yanvar, 2013 23:04

 

Barak Obama ikinci dəfə ABŞ prezidenti vəzifəsinin icrasına başladı.
 
Mərasim Ağ evdə yerli vaxtla saat 11:55-də başladı və günortaya yaxın bitdi. Məhz 20 yanvar 12:00-da ABŞ konstitusiyasına əsasən Obamanın birinci prezidentlik müddəti bitir.
 
Mərasimdə ancaq dövlət başçısının ailə üzvləri, administrasiyanın bəzi işçiləri və vitse-prezident Co Bayden iştirak ediblər.
 
---------
12:06
 
İkinci dəfə ABŞ prezidenti seçilən Barak Obama bu gün Ağ Evdə ölkəyə və Konstitusiyaya sədaqət andı içəcək.
 
APA-nın məlumatına görə, prezidentin Vaşinqtonun mərkəzində paradla və digər bayram tədbirləri ilə müşayiət ediləcək təntənəli andiçmə mərasimi isə sabah baş tutacaq.
 
ABŞ Konstitusiyasına edilən 20-ci dəyişikliyə görə, Barak Hüseyn Obamanın prezidentlik səlahiyyətləri 20 yanvar tarixində başa çatır və bundan sonra onun ikinci prezidentliyi başlamalıdır. Adətən həmin gün inauqurasiya mərasimi baş tutur. Lakin bu il 20 yanvar tarixinin bazar gününə düşməsi səbəbi ilə təntənəli mərasim sabaha keçirilib. Burada maraqlı məqam ondan ibarətdir ki, 21 yanvar ABŞ-da irqi ayrıseçkiliyə qarşı mübarizənin liderlərindən olan Martin Lüter Kinqin anım günü kimi qeyd olunur.
 
Obamanın mətbuat katibi Ceyn Karni bildirib ki, bugünkü mərasim Ağ Evin Mavi zalında baş tutacaq. Obamanı andiçməyə ABŞ Ali Məhkəməsinin sədri Con Roberts gətirəcək. Mərasimdə isə yalnız ailə üzvləri, Obamanın köməkçiləri və bir qrup jurnalist iştirak edəcək.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.