Xəbərlər

20 yanvar şəhidlərinin xatirəsi Küveytdə yad edilib
20 yanvar, 2013 21:21

 

20 Yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir. Bu barədə səfirlikdən məlumat verilib.
Bazar günü səfirliyin, Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən "Vətənsevər" dostluq cəmiyyətinin, eyni zamanda "Kuveyt-Azəri" müştərək şirkətinin təşkilatçılığı ilə səfirliyin əməkdaşları, Azərbaycan, türk, İran və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşlarının iştirakı ilə faciəyə həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirə Küveytin ictimai-siyasi xadimləri, bir sıra millət vəkilləri və KİV nümayəndələri də dəvət olunmuşdu. Mərasimdə çıxış edən səfir Tural Rzayev keçmiş sovet ordusunun Bakıda və ölkəmizin bir sıra digər şəhərlərində törətdiyi vəhşiliklərdən danışmış, bu qanlı faciədə, başda Mixail Qorbaçov olmaqla, əli olanların insan hüquqları, uşaq hüquqları, vətəndaş hüquqlarına riayət olunmasını tələb edən bütün beynəlxalq hüquq normalarına zidd hərəkət etməsi barədə ətraflı məlumat vermişdir.
Daha sonra, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın öz müstəqilliyini bərpa etməsi, həmçinin 20 yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunmasını xüsusilə vurğulamışdır.
Çıxışda ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsinə də xüsusi yer ayrılmışdır. Burada Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğal olunması, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, xalqımıza dəyən maddi və mənəvi zərər barədə oxuculara ətraflı məlumat verilmişdir. Eyni zamanda, işğalla əlaqədar BMT-nin 4 qətnaməsinə, İƏT və Aİ-nın Ermənistandan işğal etdiyi torpaqları boşaltmağı tələb edən qətnamə və bəyanatlarına rəsmi Yerevanın etinasız yanaşması qeyd olunmuşdur.
Anım mərasimi ilə yanaşı, səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb, çoxaldılmış "20 Yanvar" foto-albomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmiş, "20 Yanvar" faciəsini özündə əks etdirən foto-sərgi təşkil olunmuş, faciə haqqında film və kitablar nümayiş etdirilmişdir. Həmçinin, Küveytin geniş oxucu kütləsinə malik "Əl-Vasat" qəzetində "20 Yanvar" faciəsinə həsr olunmuş məqalə dərc etdirilmişdir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.