FHN Kürün daşmaması üçün sahilbərkitmə, dibdərinləşdirmə işləri aparıb
20 yanvar, 2013 20:47
Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Neftçala və Salyan rayonlarında sahilbərkitmə, Kürün deltasında dibdərinləşdirmə işləri aparılıb.
Artıq həmin yerlərdə subasma təhlükəsi gözlənilmir. bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.
Həmin ərazilərdə sahilbərkitmə və dibdərinləşdirmə işlərinin artıq tamamlandığını deyən nazir bildirib ki, Salyan rayonu ərazisində, Kür çayı boyunca təhlükəli yerlər var. Orada beton bəndlər vurulacaq.
"Bundan sonra heç bir rayonda subasma və dağıntı olmayacaq, bu işlər bir neçə il davam etdiriləcək. Bundan sonra əhalinin evlərindən qurunt suları çəkiləcək", - Heydərov bildirib.