Xəbərlər

Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalarla bağlı yaranan problemə aydınlıq gətirib
20 yanvar, 2013 20:42

 

Azərbaycanın fövqəladə hallar naziri hündürmərtəbəli binalara təbii qazın verilməməsi məsələsinə aydınlıq gətirib.
 
"Elə şirkətlər var ki, evləri tikiblər, amma təhvil verməyiblər, buna görə də orada heç bir kommunal infrastruktur yoxdur. Biz problemin həlli üçün Nazirlər Kabinetinə müraciət etmişik", bunu bazar günü jurnalistlərə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.
"Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvil alma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya - bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma hər şeydə, o cümlədən bu məsələlərdə də qayda-qanun olmalıdır", - Heydərov bildirib.
 
Qeyd edək ki, Bakıda tikilən yeni hündürmərtəbəli binaların çoxuna təbii qaz verilməyib.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.