Xəbərlər

Tanınmış velosipedçi etiraf etmişdir ki, bütün qələbələrinə görə dopinqə borcludur
19 yanvar, 2013 00:30

 

Amerikanın tanınmış velosipedçisi Lens Armstronq dopinqdən istifadə etdiyini açıq etiraf etmiş və bildirmişdir ki, onsuz öz tarixi qələbələrini qazana bilməzdi. O, Amerikanın populyar teleaparıcısı Opre Uinfrinin cümə axşamı OWN televiziya kanalının efirində göstərilmiş tok-şousunda müvafiq bəyanatla çıxış etmişdir.
Armstronq 1999-cu ildən 2005-ci ilədək onun üçün qələbə ilə nəticələnmiş yeddi “Tur de Frans” yarışının hər birində eritropoetin, boy hormonları, kortizon, testosteron və qanköçürmədən istifadə etdiyini təsdiqləmişdir. Velosipedçi həmçinin demişdir ki, dünyanın ən nüfuzlu velosiped yarışında dopinqdən istifadə etmədən yeddi dəfə qələbə çalmaq mümkün deyildir.
Bununla yanaşı xarici KİV-lərin yazdıqlarına görə, Armstronq nə vaxtsa USPS komandasında olan həmkarlarını dopinq qəbul etməyə məcbur etdiyi barədə ittihamları rədd etmişdir. O, həmçinin bildirmişdir ki, 2009-cu və 2010-cu illərdə, xərçəngə qalib gələrək idmana qayıtdıqdan sonra “Tur de Frans”da iştirak edərkən qadağan olunmuş preparatlar işlətməmişdir.
Velosipedçi dopinq işlətməsi ittihamlarını rədd edərək nə üçün uzun illər boyu yalan danışdığı barədə suala cavab tapa bilməmişdir. Armstronq demişdir: “Mən bu vəziyyəti dəfələrlə təkrarladığım böyük bir yalan hesab edirəm. Bu məsələdə bütün günah məndədir”. 
İdmançı qeyd etmişdir ki, ciddi nəticələr göstərməyə başladığı 1999-cu ildən onu dopinqə görə heç yoxlamamışlar. O, mövsüm ərzində bir-iki dəfə dopinq-testdən keçmişdir.
Armstronq “öz səhvlərinə görə üzr istəmiş” və bildirmişdir ki, cəmiyyətin etimadını qazanmaq üçün hər şeyə hazırdır.
Bu, keçən ilin oktyabrında yeddi “Tur de Frans”ın qalibi titulundan və yarışlardan ömürlük məhrum edildikdən sonra 41 yaşlı Armstronqun verdiyi ilk müsahibədir.
Ötən il ABŞ-ın Dopinq əleyhinə agentliyi bəyan etdiyi geniş məruzədə Armstronqu mürəkkəb dopinq sxemi təşkil etməkdə günahlandırmışdır.
İdmançı dopinq işlətdiyi barədə ara-sıra irəli sürülən ittihamları uzun illər boyu israrla rədd etmişdir, lakin onun yarışlardan ömürlük məhrum edilməsi və 1998-ci ildən başlayaraq bütün titullarının geri alınması barədə agentliyin qərarından şikayət etməmiş və bu qərar 2012-ci il dekabrın 27-dən qüvvəyə minmişdir.
Armstronqun iştirakı ilə dopinq qalmaqalı son 10 ildə dünya idmanında ən iri qalmaqaldır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.