Xəbərlər

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir
19 yanvar, 2013 00:27

 

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir. 
Əvvəlcə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin bu mərkəzin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoymuşlar. 
Mərasim iştirakçıları mərkəzin foyesində 20 Yanvar faciəsindən bəhs edən sərgiyə tamaşa etmiş, onlara faciə ilə bağlı məlumatlar toplusu paylanmışdır. 
Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olanların ruhu bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səfirliyimizin müşaviri Akif Əliyev 20 Yanvar faciəsi haqqında məlumat vermişdir. 
Səfir Hüseyn Quliyev demişdir ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq və qürur səhifəsidir və tarixdə belə də qalacaqdır. Diplomat bildirmişdir ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın bu şəhərdəki nümayəndəliyinə gəlmiş, burada keçirdiyi mətbuat konfransında Bakıda törədilən cinayətlərə görə məsuliyyəti Mixail Qorbaçov başda olmaqla Sov.İKP MK Siyasi Bürosunun üzərinə qoymuşdur. Səfir bildirmişdir ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin qətiyyəti sayəsində 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. 
Həmin faciəli günlərdə Azərbaycan Milli Məclisi aparatında çalışmış Ədilə İsmayılova o günlərdə çox çətinliklə də olsa parlamentin növbədənkənar iclasının çağırılması və orada bu qanlı faciəni törədənlərin ittiham olunması haqqında ətraflı məlumat vermişdir. 
Diasporumuzun üzvlərindən Şövkət Əliyeva, Yusif Əliyev və başqaları imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğınların təşkilatçılarını və icraçılarını lənətləmişlər.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.