Xəbərlər

ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
19 yanvar, 2013 00:20

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilmişdir.
 şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və 20 Yanvar hadisələrini əks etdirən videoçarxın nümayişindən sonra tədbiri giriş sözü ilə açan “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Fəxrəddin İsmayılov ulu öndər Heydər Əliyevin bu fikirlərini bir daha xatırlatmışdır: “Bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq hadisə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik”.
F.İsmayılov bildirmişdir ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu dünyaya nümayiş etdirdi. İmperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar faciəsi Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 
İnstitutun əməkdaşı Səyyad İbrahimov 20 Yanvar hadisələrinin baş vermə səbəbindən geniş bəhs etmişdir. Bildirmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakını işğal edərək qırğın törədən sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmiş, günahsız insanlar qətlə yetirmiş, yaralamış, yüzlərlə azərbaycanlı əlil olmuş, itkin düşmüşdür. O dövrdə nəinki qanlı Yanvar hadisələrinə siyasi qiymət verilməmiş, əksinə, qırğınların törədilməsinin səbəbkarlarının, günahkarlarının adları belə xalqa açıqlanmamışdır. 
Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək qanlı qırğını törədən şəxsləri kəskin tənqid etmiş bu hadisəni hüquqa, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirmişdi.
Çıxışlarda o da qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ümummilli lider Heydər Əliyev bildirmişdir ki, xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilmişdir. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda 1990-cı ilin 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov qeyd etmişdir ki, Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsl həqiqəti üzə çıxarmış, xalqla birliyini bir daha təsdiqləmişdir. 
Bildirilmişdir ki, Bakı faciələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə Azərbaycanda iqtidarda olanlar sovet rəhbərliyi qədər günahkar idilər. Silahsız insanları qırğından çəkindirmək əvəzinə tankların qabağına yollayan AXC-Müsavat rəhbərləri xalqa xəyanətkarlıqlarını nümayiş etdirdilər. 
Vurğulanmışdır ki, bütün bu xəyanətlərə baxmayaraq mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi. Əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin oktyabrında müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir. 
“İki sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məqsədli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirmişdir. Qeyd etmişdir ki, 20 Yanvar, eyni zamanda, qürur, şərəf günümüzdür. 
V.Rəhimzadə bildirmişdir ki, bu hadisələri faciələrimiz kimi təhlil edərkən, eyni zamanda, onların sonrakı proseslərin inkişafına nə kimi təsir göstərdiyini də yaddan çıxarmamalıyıq. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. 20 Yanvar hadisələri zamanı şəhid olan oğul və qızlarımız Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnək olmuşlar. Aforizmə çevrilən “Torpaq uğrunda ölən varsa, Vətəndir” fikri də deyilənlərin təsdiqidir. Bu gün hər bir azərbaycanlının and yerinə çevrilmiş Şəhidlər xiyabanında uyuyan oğul və qızlarımızın ruhu o zaman şad olar ki, ağrılı problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapsın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsın, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Xalqımız tam əmindir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində bu problemimiz öz ədalətli həllini tapacaqdır. 
Çıxışlarda bu vurğulanmışdır ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı il yanvarın 19-20-də baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.