Xəbərlər

20 Yanvar şəhidlərinin xatirəsi Türkmənistanda da anılmışdır
19 yanvar, 2013 01:08

 

 Yanvarın 18-də Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. 
Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri, ziyalılar, iş adamları, səfirliyin əməkdaşları iştirak etmişdir.
Anma mərasiminin əvvəlində vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səfir Vəhdət Sultanzadə mərasimdə çıxış edərək, xalqımızın azadlıq mübarizəsi tarixi, müstəqillik yolundakı çətinliklərindən danışmış, sovet ordusu tərəfindən dinc sakinlərə qarşı törədilmiş bu qanlı qırğın barədə məlumat vermişdir. 
Ulu öndər ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə hüquqi-siyasi qiymət verildiyini vurğulayan diplomat, 20 Yanvar şəhidlərinin xatirəsinin hər bir azərbaycanlının qəlbində daim yaşayacağını və yaddaşlardan heç vaxt silinməyəcəyini qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin ailələri üçün müvafiq təqaüdlərin ayrılmasından, onlara xüsusi qayğı və diqqət göstərməsindən söhbət açmışdır. 
Tədbirdə çıxış edənlər Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını, Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının heç vaxt unudulmayacağını vurğulamışlar. 
Tədbirdə xalqımıza qarşı davam edən erməni təcavüzündən və 20 Yanvar faciəsindən bəhs olunan “Azadlığa gedən yol” adlı sənədli film nümayiş olunmuşdu
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.