Xəbərlər

İstedadlı pedaqoq və peşəkar pianoçu Aytəkin Həsənovanın xatirəsi anılacaqdır
18 yanvar, 2013 00:56

 

 Yanvarın 22-də Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tədris Teatrının istedadlı pedaqoqu və peşəkar pianoçu, ADMİU-nun musiqi fənləri və dirijorluq kaferdasının müdiri, Bakı Musiqi Akademiyasının (BMA) professoru, sənətşünaslıq namizədi Aytəkin Həsənovanın xatirəsini anma gecəsi keçiriləcəkdir.
Azərbaycan Milli İncəsənət Muzeyindən  bildirmişlər ki, Bakı Musiqi Akademiyasının rektoru, professor, Xalq Artisti Fərhad Bədəlbəyli və sənətşünaslıq namizədi, BMA-nın professoru, Əməkdar İncəsənət Xadimi Zümrüd Dadaşzadə mərhum misiqiçi ilə bağlı xatirələrini bölüşəcəklər.
Azərbaycan Milli İncəsənət Muzeyinin binasında keçiriləcək xatirə gecəsində Bakı Musiqi Akademiyasının professor və müəllim heyətinin iştirakı ilə konsert proqramının təqdim edilməsi nəzərdə tutulmuşdur. Konsertdə Ülviyyə Hacıbəyova, Nərgiz Əliyarova, Elnarə Kəbirlinskaya, Töhfə Balayeva, Mustafa Mehmandarov, Azər Rzazadə və başqalarının ifasında Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə bir daha onun əziz xatirəsi yad ediləcəkdir.
Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yeri olan Aytəkin Həsənova fəaliyyəti dövründə bir çox konsertlərdə və dövlət səviyyəli tədbirlərdə pianoçu kimi çıxış etmiş, peşəkar pedaqoq kimi onlarla istedadlı tələbənin yetişməsində bilik və bacarığını əsirgəməmişdir.
O, eyni zamanda, fortepianonun tədrisi metodikasının təkmilləşdirilməsində, 30-dan artıq dərsliyin, Azərbaycan və dünya klassiklərinin əsərlərinin daxil olduğu müntəxəbatın işıq üzü görməsində əvəzedilməz rol oynamışdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.