Xəbərlər

ABŞ Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır
18 yanvar, 2013 00:46

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ müdafiə nazirinin baş müşaviri xanım Ketlin Hiksin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov Hiksin başçılıq etdiyi nümayəndə heyətini salamlayıb və Azərbaycan-ABŞ münasibətlərinin inkişafından məmnunluğunu bildirib. İki ölkə arasında, xüsusilə enerji və təhlükəsizlik sahələrində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.
 
Xanım Ketlin Hiks Azərbaycana səfərinin onda dərin təəssürat yaratdığını bildirib. Amerikalı qonaq Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada iştirakının və bu missiyanın həyata keçirilməsində verdiyi töhfənin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Hiks ölkəsinin Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı bundan sonra da genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdırıb.
 
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.