Şamaxı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
18 yanvar, 2013 00:36
Təmir işləri ilə əlaqədar olaraq, yanvarın 18-də saat 09:00-dan 17:00-dək "Dilman-Şərədil" xətti istisna olmaqla Şamaxı avtomatik qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.