Xəbərlər

Ayova ştatının “Press Citizen” qəzeti “Qara Yanvar” haqqında məktub-müraciət dərc etmişdir
18 yanvar, 2013 00:26

 

 Ayova ştatının “Press Citizen” qəzetində bu ştatda yaşayan azərbaycanlı Aqşin Tağıyevin “Qara Yanvar”la bağlı məktub-müraciəti dərc edilmişdir. Azərbaycan-Amerika Şurası (AAŞ) və Amerika Azərbaycan Cəmiyyəti (AAC) tərəfindən təşkil olunmuş kampaniya iştirakçısının yazılı müraciətində 1990-cı il yanvarın 19-20-də sovet qoşunlarının Bakıya soxulmasının və dinc əhalinin kütləvi qırğınının təfsilatı verilir. Məktubda deyilir: “Sovet ordusunun nizami qoşunlarının və xüsusi təyinatlı bölmələrinin iyirmi altı min nəfərlik kontingentinin Azərbaycan SSR vətəndaşlarına tutduğu divan Qorbaçovun aşkarlıq dövründə dinc əhaliyə qarşı zor işlədilməsinin amansızlığına görə misli görünməmiş nümunəsi olmuşdur”. Azərbaycanlı mühacirin qəzetin oxucularına müraciətində sovet ordusunun Human Rights Watch hüquq müdafiə təşkilatının Haaqa konvensiyası ilə qadağan olunmuş qarışıq ağırlıq mərkəzli güllələrdən istifadə etməsini pisləyən hesabatından sitatlar gətirilir. Azərbaycan xalqı onun müstəqilliyi uğrunda mübarizəyə təkan vurmuş 20 yanvar hadisələrinin qurbanlarını dərin hüznlə yad edir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.