Xəbərlər

Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində olmuşdur
18 yanvar, 2013 00:03

 

 Yanvarın 17-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyəti ilə görüş olmuşdur. 
DİDK-dən bildirmişlər ki, görüşdə Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılmış, institutun Azərbaycan tarixinin və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilmişdir. 
DİDK-nin sədri Nazim İbrahimov rəhbərlik etdiyi qurumun Kanadanın Vaterloo və Toronto universitetləri ilə əməkdaşlığa böyük önəm verdiyini və ikitərəfli əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əmin olduğunu vurğulamışdır. 
Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Vaterloo Universitetinin professoru İlham Axundov institutun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. О, 2009-cu ildə təsis edilmiş və 2011-ci ildə rəsmi qeydiyyatdan keçmiş institutda Azərbaycanın siyasi və iqtisadi həyatının müxtəlif istiqamətləri üzrə tədqiqatların aparıldığını diqqətə çatdırmışdır. İ.Axundov institutda Azərbaycana həsr olunmuş seminarlarda Kanadada fəaliyyət göstərən müxtəlif univеrsitеtlərin tələbələrinin də iştirak etdiklərini bildirmişdir. 
Toronto Universitetinin professoru Robert Austin Azərbaycanın kifayət qədər maraqlı ölkə olduğunu və Bakıya səfərə gəlməkdən məmnunluğu bildirmişdir. О, Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun ötən müddətdə çох vacib işlər gördüyünü, Azərbaycanın tarixi, iqtisadiyyatı, ictimai-siyasi həyatı ilə bağlı bir sıra maraqlı tədqiqatlar apardığını söyləmişdir. R.Austin layihənin daha da gеnişləndirilməsinin əhəmiyyətli olacağına inandığını bildirmişdir. Toronto Universitetinin professoru torpaqlarının 20 faizi işğal altında оlan bir ölkənin nə qədər ciddi çətinliklərlə üzləşdiyini başa düşdüyünü söyləmiş, bu barədə tələbələrinə məlumat verdiyini diqqətə çatdırmışdır. 
DİDK-nin sədri N.İbrahimоv Kanada Azərbaycan Tədqiqatlar İnstitutuna bundan sonra da dəstək veriləcəyini bildirmişdir. О, Kanadada belə bir institutun fəaliyyət göstərməsinin bu ölkənin ictimaiyyətinin, xüsusilə də elm adamlarının və gənclərinin Azərbaycan haqqında məlumatlandırılması baxımından çох vacib olduğunu diqqətə çatdırmışdır. 
Kanada Azərbaycan Tədqiqatlar İnstitutunun nümayəndə heyətinin Azərbaycana səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra dövlət orqanlarında görüşlər keçirmişdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.