ANAMA Türkiyə-Suriya sərhədinin minadan təmizlənməsi üzrə tenderi qazana bilər
18 yanvar, 2013 23:50
Azərbaycan Ərazilərin Minadan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Türkiyə-Suriya sərhədinin minadan təmizlənməsi üzrə elan olunan tenderdə iştirak edir və üstünlüklərə sahibdir.
Türkiyənin Müdafiə Nazirliyi tərəfindən elan olunmuş tenderin nəticələri bir ay sonra açıqlanacaqdır. ANAMA tenderi qazanarsa, minadan təmizləmə işləri 42 ay davam edəcəkdir.
Onun sözlərinə görə, 6 sektora ayrılmış Türkiyə-Suriya sərhədinin dördü tenderə çıxarılmışdır. Ekspertlər 531 kilometr məsafəni minadan təmizləməlidirlər. ANAMA tenderə Azərbaycanın “Azairtecservice”, Türkiyənin Koçoğlu və Özdoğanlar şirkətləri ilə birgə qoşulmuşdur.
Tenderdə iştirak etmək üçün milli agentlik tərəfindən lazımi sənədlərin təqdim edildiyini deyən P.Qidayev ANAMA-nın tenderi qazandığı təqdirdə Türkiyəyə 100 ekspert göndəriləcəyini vurğulamışdır.
Ekspertin sözlərinə görə, agentliyin Göygöl rayonundakı hazırlıq bazasında “Turkey Mechanical and Chemical Industries Corporation”nın 28 əməkdaşı üçün mina təmizlənməsi üzrə humanitar missiya təlimi keçilmişdir. Ötən ilin iyulunda ANAMA Türkiyənin ROKETSAN şirkəti ilə birgə Konya vilayətinin Karapinar adlı ərazisini minadan təmizləmişdir. Həmçinin minaaxtaranlar Diyarbəkirdə olan hərbi hava limanının genişləndirilməsi məqsədi ilə böyük poliqonu da minadan təmizləmişlər. Bundan əlavə, Türkiyə-Suriya sərhədində Türkiyə Mədəniyyət Nazirliyinin sifarişi ilə ANAMA Karkamış ərazisindəki qəsəbəni minadan təmizləmişdir.