Mərkəzi Bankda 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
18 yanvar, 2013 23:45
Mərkəzi Bankın kollektivi 20 Yanvar faciəsində vətənin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirələrinin 23-cü ildönümü ilə bağlı toplantıda keçirmişdir.
Mərkəzi bankdan bildirmişlər ki, toplantı iştirakçıları 1990-cı ilin 20 Yanvar hadisələrini Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının zirvəsi kimi qiymətləndirmişlər. Xüsusilə vurğulanmışdır ki, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlanmış, siyasi-hüquqi qiymət verilmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr edilmiş film nümayiş etdirilmişdir.