Lənkəran Dövlət Dram Teatrında “20 Yanvar-Qanlı Yanvar” ədəbi-bədii kompozisiyası nümayiş etdirilmişdir
18 yanvar, 2013 23:39
Yanvarın 18-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş “20 Yanvar-Qanlı Yanvar” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Lənkəran Şəhər Uşaq Rəssamlıq Məktəbi şagirdlərinin 20 Yanvar faciəsinə həsr etdikləri rəsm sərgisi ilə tanış olmuşlar.
Mərasimdə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Əməkdar Artist Adil Zeynalovun quruluş verdiyi ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.