Xəbərlər

ABŞ-ın Cons Hopkins Universitetinin nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olmuşdur
18 yanvar, 2013 20:44

 

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin (ADU) İnformasiya Resurs Kompleksində (İRK) Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Cons Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru Filip Terrens Hopman, məktəbin professoru Vilyam Zartman və universitetin 18 tələbəsi ilə görüş keçirilmişdir. 
ADU-nun mətbuat xidmətindən bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov qonaqlara rəhbərlik etdiyi ali təhsil ocağı və Amerika Mərkəzi haqqında məlumat vermişdir.
Amerika universitetləri ilə əlaqələrdən danışan rektor hər il bir qrup amerikalı tələbənin Azərbaycana gəldiyini və ADU-da Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini öyrəndiklərini bildirmişdir. S.Seyidov ali təhsil müəssisəsində azərbaycanşünaslıq, qafqazşünaslıq və s. ixtisasların da olduğunu qeyd etmiş, universitetdə ingilis, alman, fransız dilləri ilə yanaşı, Şərq dillərinin də tədris olunduğunu, bir çox mərkəzlərin fəaliyyət göstərdiyini vurğulamışdır. 
Azərbaycan-ABŞ əlaqələrinin parlament səviyyəsində inkişaf etdiyini qonaqların diqqətinə çatdıran rektor bu əlaqələrin inkişafı istiqamətində ABŞ-Azərbaycan parlamentlərarası işçi qrupunun rolundan danışmışdır. 
ADU-da olmaqdan məmnunluğunu dilə gətirən Filip Terrens Hopman təmsil etdiyi universitetdə azərbaycanlı tələbələrin də təhsil aldığını qeyd etmiş, Azərbaycana gələn 18 tələbənin 5 müxtəlif ölkədən olduğunu bildirmişdir. 
Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılmış, suallar cavablandırılmışdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.