Xəbərlər

Dövlət İdarəçilik Akademiyasında Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
18 yanvar, 2013 20:20

 

Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
DİA-dan  bildirmişlər ki, əvvəlcə Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciəni əks etdirən videofilm nümayiş etdirilmişdir.
Tədbiri açan DİA-nın rektoru, akademik Urxan Ələkbərov 1990-cı ilin Qanlı Yanvar günlərini xatırlatmış, sovet imperiyasının törətdiyi bu cinayət aksiyasını xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan siyasətin acı nəticəsi kimi qiymətləndirmişdir. Bildirilmişdir ki, bu faciə heç bir zaman unudulmayacaq və günahsız insanların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaqdır. 
U.Ələkbərov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev öz haqq səsini ucaldaraq 20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm səylər göstərmişdir. Ulu öndərin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışan akademik qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu hadisəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 
Tədbirdə çıxış edən akademiyanın dosentləri M.Quluzadə, F.Əhmədov, M.İsgəndərzadə və digər çıxış edənlər zaman keçdikcə tariximizin həm qəhrəmanlıq, həm də faciəli səhifələrinin yad edilməsinin, gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamışlar. 
Sonda akademiyanın tələbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.