Futzal üzrə Azərbaycan milli komandasının Moskvada təlim-məşq toplanışı keçiriləcəkdir
18 yanvar, 2013 20:11
Yanvarın 22-dən fevralın 2-dək Rusiyanın paytaxtı Moskvada futzal üzrə Azərbaycan milli komandasının təlim-məşq toplanışı keçiriləcəkdir.
AFFA-dan bildirmişlər ki, toplanışda iştirak edəcək heyətdə Marat Salyanski, Buranello Laercio, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Namiq Məmmədkərimov, Rəcəb Fərəczadə, Ribeyro Felipe, Dantas Jadder, Maşado Santos, İlkin Hacıyev, Fərid Atakişiyev, Tural Qurbanov, Əskər Abbasov və Amadeu Fernandes yer almışlar.