Xəbərlər

Səbail rayonunda Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirilmişdir
18 yanvar, 2013 17:48

 

Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı bir sıra tədbirlər keçirilmişdir. 
 rayonun ali və orta təhsil müəssisələrində anma mərasimləri, muzey və sərgi salonlarında sərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar fotostendlər quraşdırılmış, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri hazırlanmışdır. Şagird və tələbələrin Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuş, yanvarın 17-18-də rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.
Dövlətimizin başçısının tapşırıqlarına əsasən, Şəhidlər xiyabanı kompleksinin bir hissəsində aparılan əsaslı təmir-yenidənqurma işləri ilə əlaqədar burada yerləşən və təbii faktorlardan yararsız hala düşmək təhlükəsi yaranmış «20 Yanvar» cəmiyyəti və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin qərargahlarının yerində möhkəmləndirmə və ərazinin yeni layihə əsasında yenidənqurulması işlərinin aparıldığı üçün başqa yerə köçürülməsi zərurəti yaranmışdır. Bununla əlaqədar, yeni layihə hazırlanaraq ictimai təşkilatlar və eləcə də xiyabana xidmət göstərən ayrı-ayrı xidmətlərinin işçiləri üçün yeni inzibati bina tikilmişdir. Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ərəfəsində hər iki ictimai təşkilat üçün nəzərdə tutulmuş binalar istifadəyə verilmişdir. 
RİH-in təşəbbüsü ilə rayon rəhbərliyinin, ictimai təşkilatların, Ağsaqqallar və Veteran Təşkilatları Şurasının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş sakinlər ilə görüş keçirilmişdir. 
Səbail RİH-in başçısı Asif Əsgərov bu faciənin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu qeyd etmiş, 20 Yanvar şəhidlərinin müasir tariximizin qəhrəmanları olduqlarını bildirmişdir. 
A.Əsgərov ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə 20 Yanvar faciəsi şəhidlərinin ailələrinin, əlil olmuş vətəndaşlarımızın dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunduğunu demişdir. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bu insanlara daim diqqətin göstərildiyini, onlara verilən təqaüd və müavinətlərin artırıldığını, bu artımın gələcəkdə də davam edəcəyini qeyd etmişdir. 
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda RİH tərəfindən 20 Yanvar faciəsi şəhidlərinin ailələri və əlillərinə maddi yardım təqdim olunmuşdur.
Qeyd edək ki, yanvarın 20-də Bibiheybət ziyarətgahında və İçərişəhərdəki Cümə məscidində şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.