Xəbərlər

Qazıməmməd-Qazax magistral ilə təbii qazın ötürülməsi yenə dayandı
17 yanvar, 2013 00:03

 

Qazıməmməd-Qazax magistral qaz kəməri ilə təbii qazın ötürülməsi prosesi yenidən dayandırılıb.
  bu gün axşam saat 20:00 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçayın Qarabaqqal və Qarayazı kəndləri ərazisindən keçən 127, 127.5 və 117-ci kilometrliyində qaz sızması aşkar edilib. Bu səbəbdən kəmərdə partlayışın baş verməməsi üçün dərhal boru kəməri ilə təbii qazın ötürülməsi prosesi dayandırılıb.
 
Əraziyə Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin mütəxəssisləri baxış keçirib, kəmərdə yaranan nasazlığın aradan qaldırılması üçün qaynaq işlərinə başlanılıb. Hazırda ərazidə Ağdaş və Göyçaydan olan 15 nəfərlik işçi heyəti çalışır. Təmir-bərpa işlərinin gecə saatlarında da davam etdiriləcəyi və sabah səhər saatlarında abonentlərə təbii qazın verilişinin bərpa ediləcəyi bildirilib.
 
Məlumata görə, 1970-ci ildən istismar olunan Qazıməmməd-Qazax magistral qaz kəmərində son bir ildə iki dəfə güclü partlayışın baş verməsi, dəfələrlə qaz sızmalarının qeydə alınması məhz kəmərin bir hissəsinin korroziyaya uğraması ilə əlaqədardır. Əsasən qış aylarında sızma və partlayışların baş verməsinin səbəbi isə həmin dövrdə əhalinin təbii qaza olan tələbatının artdığı üçün ötürülən təbii qazın təzyiqinin artırılmasıdır.
 
Qeyd edək ki, bu il yanvarın 11-də kəmərin 128-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində və ötən il yanvarın 30-da isə kəmərin 118-ci kilometrliyində, Qarayazı kəndi ərazisində qaz sızması səbəbindən partlayış baş vermişdi. Hər iki hadisə səbəbindən kəmərin 75 metrlik hissəsi dağılaraq yararsız hala düşmüşdü.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.