Xəbərlər

“Eurovision” mahnı müsabiqəsinin rəmzi açarı İsveçin Malmö Şəhər Şurasının başçısına təqdim edilmişdir
17 yanvar, 2013 23:56

 

Məlum olduğu kimi, “Eurovision 2013” musiqi yarışmasına İsveç ev sahibliyi edəcəkdir. 
Azərbaycanın İsveçrə Krallığındakı səfirliyindən  bildirmişlər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanvarın 17-də musiqi yarışmasının rəmzi açarını Malmö şəhər meriyasının qədim binasında Şəhər Şurasının başçısı Kent Anderssona təqdim etmişdir. 
Mərasimdə çıxış edən H.Abutalıbov “Eurovision 2013” musiqi müsabiqəsinin Malmö şəhərində keçirilməsi ilə əlaqədar isveçli həmkarına uğurlar arzulamışdır.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfiri Rafael İbrahimov qeyd etmişdir ki, dünyada hər şey dəyişilir, lakin “Eurovision” musiqi müsabiqəsindəki dostluq, sağlam rəqabət və əməkdaşlıq ruhu əbədidir. “Eurovision” musiqi müsabiqəsinin Azərbaycanda çox populyar olduğunu vurğulayan səfir 2012-ci il yarışmasının Bakıda keçirilməsi ilə bağlı hazırlıq işlərinə göstərdiyi köməyə görə Avropa Yayım Birliyinin nümayəndələrinə təşəkkürünü bildirmişdir. Həmçinin səfir qeyd etmişdir ki, Bakı şəhərində ifa olunmuş “Eyforiya”, yəni “həddindən çox şadlanmaq” mahnısı doğurdan da İsveçə qələbə gətirdi. 
Mərasimdən sonra Malmö şəhərinin meriyası adından rəsmi nahar verilmişdir. Naharda, həmçinin musiqi proqramı çərçivəsində Bakı şəhərində keçirilmiş “Eurovision 2012” müsabiqəsinin qalibi olmuş “Eyforiya” mahnısı səsləndirilmişdir. Tədbirin sonunda canlı yayım ilə musiqi müsabiqəsinin yarımfinalı üzrə püşkatma mərasimi keçirilmişdir. 
Tədbir İsveç Krallığının KİV-ləri tərəfindən işıqlandırılmışdır. 
Həmin gün səfir R.İbrahimovun Malmö şəhərinin Şura Başçısı Kent Andersson ilə ikitərəfli görüşü olmuşdur. 
Bundan əlavə, yanvarın 16-da Malmö şəhərinin Şura Başçısı Kent Andersson tərəfindən verilmiş şam yeməyində şəhərlərin idarə edilməsi üzrə İsveç təcrübəsi barədə ətraflı məlumat vermiş və fikir mübadiləsi aparılmışdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.