Xəbərlər

Alimlər təbii şirinləşdirici maddələr aşkara çıxarmışlar
17 yanvar, 2013 23:48

 

Amerikanın Florida Universitetinin bir qrup alimi insanın şirin dad duyumunu gücləndirən birləşmələr qrupu aşkar etmişdir. Bu kəşf yəqin ki, şirniyyatı sevənlər üçün tərkibində artıq şəkər və müxtəlif şirinləşdirici maddələr olmayan məhsullar hazırlamağa imkan verəcəkdir.
Tədqiqat təqribən 100 pomidor növünün könüllülər tərəfindən dequstasiyasını nəzərdə tutmuşdur. Könüllülər pomidorların dadını və ətrini qiymətləndirməli olmuşlar. Onlar ətri iki məlum üsulla qiymətləndirirlər: ortonazal, yəni burun vasitəsilə və retronazal, yəni uçucu maddələrin yemək zamanı damağın arxasından keçərək reseptorlara düşməsi vasitəsilə. Yeməyin retronazal duyumu başlıca olaraq onun dadının, iyinin, temperaturunun və hətta konsistensiyasının mürəkkəb kombinasiyasından asılıdır.
Yeyinti məhsulları sənayesində şəkərdən çox vaxt konkret iy duyumunu gücləndirmək üçün istifadə edilir. Məlum olmuşdur ki, əksinə də olur – təbiətdə “yalançı şirniyyat” duyumu yaradan uçucu maddələrin kombinasiyası mövcuddur. Pomidorların kimyəvi tərkibinin və dequstatorların təəssüratlarının təhlili tədqiqatçıların bu kombinasiyanı aşkara çıxarmasına imkan vermişdir.
İnsanların dadbilmə duyumuna təsir göstərən təbii maddələrdən başqa, alimlər tərəfindən işlənib hazırlanan süni komponentlər də vardır. Məsələn, reseptorların acı dadları fərqləndirmək qabiliyyətini itirən birləşmə yaradılmışdır.
GIV3616 adlı maddə kimi tanınmış acı dad bloklayıcısı dildəki dad reseptorlarının müəyyən etdiyi acı dadları itirməyə qadir olan ilk tərkib deyildir. Məsələn, saxarin və sukraloza (E 955) kimi süni şirnilərin dadının yaxşılaşmasına kömək edən GIV 3727 artıq çoxdan tətbiq olunan geniş yayılmış bloklayıcıdır.
Avropa alimlərinin bu yaxınlarda apardıqları tədqiqat isə qabın rəngi ilə onun içərisindəki yeməyin dadının insan tərəfindən duyumu arasında əlaqə olduğunu təsdiq etmişdir.
Oksford Universiteti tədqiqatçılarının 57 könüllünün iştirakı ilə apardıqları eksperimentdə bütün iştirakçılara dörd müxtəlif rəngli – ağ, krem rəngli, qırmızı və narıncı-ağ rəngli plastik fincanlarda isti şokolad təklif olunmuşdur.
Bütün fincanlarda eyni içki olmuşdur, amma könüllülər bildirmişlər ki, narıncı və krem rəngli fincanlarda verilmiş isti şokolad onlara daha ətirli və dadlı gəlmişdir.
 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.