Xəbərlər

Bolqarıstanda süni adalar yaradılacaqdır
17 yanvar, 2013 23:44

 

 Bolqarıstanın Pomoriye şəhərinin administrasiyası bu şəhərdən 100 metr aralıda süni adalar yaratmaq üzrə layihəni gerçəkləşdirmək niyyətindədir. Bu ambisiyalı ideyanın həyata keçiriləcəyi kiçik Pomoriye şəhəri Bürc əl-Ərəb hotelinin ucaldıldığı Dubaya oxşayacaqdır. 
Üç süni ada yaratmaq nəzərdə tutulur. Ensiz bərzəx vasitəsilə öz aralarında və sahil ilə birləşdiriləcək bu adaların ətrafında yaranan laqunda yaxta limanı işləyəcəkdir. Adaların birində bütün zəruri infrastruktur elementləri ilə təchiz edilmiş 5-7 ulduzlu otel, digər iki adada isə akva-mərkəz, akvarium, sualtı üzgüçülük mərkəzi, kazino, restoranlar və digər əyləncə kompleksləri yerləşməsi nəzərdə tutulur. Beləliklə, Pomoriyedə çox zəngin turistlər üçün otel-əyləncə kompleksi yaradılacaqdır. 
Pomoriye meri İvan Aleksiyev bildirmişdir ki, süni adalar yaratmaq ideyası yerli memar Kamen Şipkovu çoxdan narahat edirdi. Lakin əvvəllər bu layihə öz dəyərinə görə (200 milyon avrodan artıq) həddən artıq utopik təsir bağışlayırdı. İndi isə bəzi əcnəbi, o cümlədən Rusiyadan və Qətərdən olan sərmayədarlar həmin layihə ilə maraqlanmışlar. Hazırda layihə üzrə tədqiqat işləri aparılır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.