“Gənclərin biznes liderlik” layihəsinin ilkin nəticələri məlum olmuşdur
17 yanvar, 2013 23:37
“Junior Achievment - Azerbaijan” təşkilatının ötən il dekabrın 5-də “Gənclərin biznes liderlik” layihəsi çərçivəsində keçirdiyi testləşdirmə imtahanının ilkin nəticələri məlum olmuşdur.
Azərbaycan Dövlət İqtisad Universitetindən bildirmişlər ki, nəticələrə əsasən, universitetin Xüsusi İstedadlar Qrupu, biznes inzibatçılığı və maliyyə fakültələrinin 13 tələbəsi (III və IV kurs) layihənin I turundan müvəffəqiyyətlə keçmişlər.