Bolqarıstanlı dağ xizəkçisi dünya sürət rekordunu təzələmişdir
17 yanvar, 2013 23:30
Bolqarıstanlı dağ xizəkçisi Svetoslav Georgiev İsveçrədəki “Lauberxorn” trasında təlim enişi zamanı saatda 158,3 kilometr sürətə nail olaraq dünya rekordunu təzələmişdir.
Georgiev şənbə günü İsveçrənin Venqen qış mərkəzində idmanın dağ xizəkçiliyi növü üzrə keçiriləcək dünya Kubokunun final mərhələsində 76-cı nömrə altında iştirak edəcəkdir.
Ekspertlər ehtimal edirlər ki, artıq yaxın gələcəkdə idmançılar saatda 160 kilometr sürətə imza ata biləcəklər. Bundan əvvəlki rekord italiyalı Stefano Tanaya məxsus idi. O, 2005-ci ildə elə həmin trasda saatda 156,96 kilometr sürət nümayiş etdirmişdir.