Xəbərlər

Azərbaycan və Türkiyə ali təhsil müəssisələri arasında mütəmadi təcrübə mübadilələri hər iki ölkənin təhsil sisteminin daha da təkmilləşməsinə yardım edəcəkdir
17 yanvar, 2013 23:27

 

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən  bildirmişlər ki, görüşdə tərəflər Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, hərbi sahələrdə olduğu kimi, mədəniyyət, o cümlədən elm və təhsil sahələrində də sıx əməkdaşlığın mövcudluğunu məmnunluqla xatırlamışlar. Vurğulanmışdır ki, müəllim və tələbə mübadiləsinin hər iki qardaş ölkənin tədris prosesində xüsusi yeri vardır. Hazırda Azərbaycanın və Türkiyənin ali məktəblərində minlərlə tələbənin təhsil aldığı, hər iki ölkənin universitetlərində pedaqoji kadrların uğurla çalışdığı diqqətə çatdırılmışdır. 
Əməkdaşlıq üçün qarşıda hələ çox böyük imkanların olduğu bildirilən görüşdə ali təhsil müəssisələri arasında mütəmadi təcrübə mübadilələrinin hər iki ölkənin təhsil sisteminin daha da təkmilləşməsinə yardım edəcəyi, nəticə etibarilə iki qardaş xalqın ümumi tərəqqisi və daha da yaxınlaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyi də diqqətə çatdırılmışdır. 
Söhbət zamanı tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.