Bakının “İnter” futbol klubu Türkiyədə yeddi yoxlama oyunu keçirəcəkdir
17 yanvar, 2013 21:59
Türkiyə toplanışı çərçivəsində Bakının “İnter” futbol klubu 7 yoxlama matçı keçirməyi planlaşdırır.
“İnter” komandası toplanış çərçivəsində yanvarın 17-də “Ahlen” (Almaniya), bir gün sonra “Amkar” (Rusiya), yanvarın 22-də “İnqolstatd”(Almaniya), yanvarın 25-də “Metallurq” (Zaporojye-Ukrayna), beş gün sonra “Ordabası” (Qazaxıstan), fevralın 3-də isə “Kostuleni” (Moldova) və “Krılya Sovetov”(Rusiya) komandaları ilə qarşılaşacaqdır.