Xəbərlər

2012-ci il Avropa Azərbaycan Cəmiyyəti üçün mühüm uğurlarla yadda qalmışdır
17 yanvar, 2013 21:57

 

Londonda yerləşən Avropa Azərbaycan Cəmiyyəti (AAC) müstəqil qeyri-hökumət təşkilatı beş illik fəaliyyəti dövründə Azərbaycanın strateji maraqlarını uğurla təmsil edən mərkəz kimi tanınmışdır. Bu dövr ərzində AAC Avropa ölkələrində geniş şəbəkəyə malik strukturlar formalaşdırmış, Azərbaycanın dünyada tanıdılması və taleyüklü problemlərinin həlli istiqamətində ardıcıl iş aparmışdır. 
AAC-ın mətbuat xidmətindən bildirmişlər ki, ötən il də təşkilatın çoxsahəli fəaliyyətində mühüm uğurlarla yadda qalmışdır. 
2012-ci ildə AAC-ın erməni diasporunun güclü olduğu Fransada da nümayəndəliyi fəaliyyətə başlamışdır. Hər il olduğu kimi, ötən il də AAC Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dünyaya çatdırılmasına çalışmış, Avropa Parlamentində, Böyük Britaniyanın, Belçikanın, Almaniyanın və Fransanın qanunvericilik orqanlarında bu istiqamətdə məqsədyönlü iş aparmış, Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin Avropada daha yaxından tanıdılması üçün sistemli tədbirlər həyata keçirmişdir. Məhz bunun nəticəsidir ki, Avropanın bir sıra nüfuzlu siyasətçiləri, elm və mədəniyyət xadimləri Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulmasına və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsinə dair dünya birliyinə müraciətlərlə çıxış etmişlər.
Ötən il Avropa Azərbaycan Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüşdür. Böyük Britaniya parlamentinin İcmalar Palatasının 21 üzvü tərəfindən soyqırımı ilə bağlı imzalanmış petisiya qəbul edilmişdir. Bundan başqa, faciə qurbanlarının xatirəsinin anımı ilə əlaqədar müxtəlif tədbirlər keçirilmişdir. 
2012-ci ildə AAC Avropa ölkələrinin parlamentlərində Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının yaradılmasına, sıralarının genişləndirilməsinə və səmərəli fəaliyyətinə dəstək vermiş, Avropanın nüfuzlu siyasətçilərinin Azərbaycana səfərlərini təşkil etmişdir. Qurum 
Azərbaycanın iqtisadi imkanlarının dünyada tanıdılması və ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi sahəsində də bir sıra layihələr həyata keçirmişdir. 
Məlumdur ki, Avropadakı antiazərbaycan qüvvələr niyyətlərini həyata keçirmək üçün medianın imkanlarından geniş istifadə etməyə çalışırlar. Bunu nəzərə alan AAC 2012-ci ildə Avropanın nüfuzlu media, eləcə də akademik dairələri ilə əməkdaşlığa xüsusi diqqət ayırmış, elm və təhsil sahələrində yeni layihələr reallaşdırmışdır.
Azərbaycan tarixinin aktual problemlərinin, Azərbaycan-Avropa əlaqələrinin daha dərindən öyrənilməsinin təşkili, beynəlxalq elmi tədbirlərin keçirilməsi, Azərbaycan alimlərinin Avropanın nüfuzlu tədbirlərində iştirakının dəstəklənməsi üçün AAC-ın tərkibində Azərbaycanşünaslıq Mərkəzi yaradılmışdır.
Təşkilat Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, sosial-iqtisadi inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımına dair nəşrlərini 2012-ci ildə də davam etdirmişdir. Bundan başqa, Azərbaycan mədəniyyəti, incəsənəti, etnoqrafiyası və mətbəxinin Avropada daha ətraflı tanıdılması sahəsində də layihələr reallaşdırılmışdır. 
Bundan başqa, ötən il AAC əhəmiyyətini və təsir dairəsini nəzərə alaraq sənədli filmlərin istehsalına da xüsusi diqqət ayırmışdır. 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.