Xəbərlər

20 Yanvar faciəsi TRT-nin dörd kanalı vasitəsilə xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaqdır
17 yanvar, 2013 21:03

 

Türkiyə Radio – Televiziya Qurumunun (TRT) dörd kanalı vasitəsilə 20 Yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş məlumatlar xəbər və proqram şəklində bütün dünyaya çatdırılacaqdır.
TRT-nin Bakı Nümayəndəliyindən  bildirmişlər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakının küçə və meydanlarında qəhrəmanlıq dastanı yazılmış, azadlıq yolunda əsrlər boyu olduğu kimi bir qəhrəmanlıq, şücaət göstərilmişdir. Həmin gün 132 əliyalın azərbaycanlı azadlıq yolunda şəhid olmuşdur. Bu yaşanan faciə Azərbaycana özü ilə bərabər azadlıq zəfərini gətirmişdir.
TRT 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə yaşanan faciəni fərqli şəkildə “Qərənfillərin göz yaşı” və “Qafqazlardan əsən yellər” proqramları vasitəsilə ekranlara gətirəcəkdir.
“TRT-Avaz” kanalının koordinatoru Adnan Süer 20 Yanvarın türk dünyasının zəfər günü, bütün Azərbaycan kanalları kimi anma günü olaraq qeyd ediləcəyini, gün ərzində yayımlar vasitəsilə qardaş Azərbaycanın dərdinə şərik olacağını demişdir.
“Qərənfillərin göz yaşı” proqramında bir gecədə taleyi dəyişən, o gecədən bu günümüzə sevgi hekayəsi və “Qərənfil əfsanəsi” kimi dillər əzbəri olan İlham və Fərizə dastanından bəhs ediləcəkdir.
Bu proqramlar “TRT Haber”, “TRT Türk”, “TRT Avaz” və “TRT Anadolu” kanallarında yayımlanacaqdır.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.