Xəbərlər

Sloveniya Baş nazirinin müavini AzMeCo zavodunda olmuşdur
17 yanvar, 2013 20:46

 

Sloveniya Respublikasının baş nazirinin müavini, iqtisadi inkişaf və texnologiya naziri Radovan Zerjav Azərbaycana səfəri çərçivəsində AzMeCo şirkətinə məxsus metanol zavoduna səfər etmişdir. 
 qonaqların zavoda səfəri metanol kompleksi ilə tanışlıqdan başlamışdır. AzMeCo metanol zavodunda görülən işlərlə tanış olan cənab Radovan Zerjav kompleksin müxtəlif sahələrində və ən son texnologiya ilə təchiz edilmiş idarəetmə otağında olmuşdur. Qonaq metanol zavodu kimi mürəkkəb bir kompleksin Azərbaycanda yerli şirkət tərəfindən uğurla inşa olunmasından heyrətləndiyini ifadə etmişdir. Qeyd etmək lazımdır ki, R.Zerjav 1981-ci ildə Sloveniyada tikilən metanol zavodunun rəhbəri vəzifəsində çalışmışdır.
Baş nazirin müavini metanol zavodunun Azərbaycan iqtisadiyyatı üçün mühüm bir layihə olduğunu qeyd etmiş və ölkənin davamlı iqtisadi inkişafına öz töhfəsini verəcəyindən əmin olduğunu bildirmişdir. O, gələcəyin alternativ enerji mənbəyi hesab olunan metanolun məişətdə istifadə etdiyimiz demək olar ki bütün əşyaların tərkibində olduğunu vurğulamışdır. 
Daha sonra sloveniyalı qonaqlarla AzMeCo şirkətinin rəhbərliyi arasında işgüzar görüş keçirilmiş və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.